Daxili işlər naziri Gəncədə qəbul keçirib

21 Oktyabr 2017 11:56 (UTC+04:00)

Daxili işlər naziri Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Polisin fəaliyyəti ilə bağlı olmayan müraciətlərin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb. R. Usubov tərəfindən ümumilikdə 69 vətəndaş qəbul edilib.