Bakıda 4 otaqlı ev yanıb

21 Oktyabr 2017 10:40 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 56 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstuksiyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.