Prezidentlər arasında telefon danışığı olub

21 Oktyabr 2017 09:34 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildiriblər. Eyni zamanda Suriya ətrafında mövcud vəziyyət əsas müzakirə mövzusu olub.

Qeyd olunub ki, sentyabrın 28-də Ankarada keçirilən yüksək səviyyəli görüş zamanı əldə edilən razılaşmalar, o cümlədən ticarət-iqtisadi sahədə, uğurla həyata keçirilir.