Misirdə terrorçular tərəfindən öldürülən polislərin sayı 16-ya çatıb

21 Oktyabr 2017 05:35 (UTC+04:00)

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla atışmada həlak olən xüsusi təyinatlıların sayı 16-ya çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 15-dək polis əməkdaşı yaralanıb. İnsident Qahirədən 135 km aralıda yerləşən əl-Vəhət bölgəsində, terrorçulara qarşı keçirdiyi xüsusi əməliyyat zamanı baş verib. Məlumata görə, asayiş keşikçiləri iriçaplı silahlardan atəşə tutulublar. Terrorçuların hansı qruplaşmaya mənsub olduqları barədə məlumat verilmir. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir.