UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

20 Oktyabr 2017 16:53 (UTC+04:00)

UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzində 10 ay müddətində tədqiqat aparmağa dəvət edilib. Tədqiqatçı “Qlobal bazarda karbohidrogen ehtiyatları (neft və qaz) və onların perspektivləri” (Hydrocarbon resources (oil and gas) in global market and their perspectives) mövzusunu araşdıracaq. Universitetdən SİA-ya verilən xəbərə görə, artıq Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzinin rəsmi internet səhifəsində UNEC alimi N.Hacıyev haqqında məlumat yerləşdirilib.

N.Hacıyev Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihə müəllifidir. Onun tədqiqatlarını DAAD, USAID, UNDP, EWMI və Azərbaycan Respublikası Elm Fondu dəstəkləyir. UNEC alimi Yunanıstanda “Neft və Qaz Resurslarının İqtisadiyyatı” mövzusunda mühazirələr oxuyur.