Zlatan İbrahimoviçin zədəsi sağalıb

20 Oktyabr 2017 16:43 (UTC+04:00)

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldaraq komandaya qoşulub. SİA-nın məlumatına görə, 36 yaşlı hücumçu məşqçilərin tərtib etdiyi xüsusi proqram əsasında hazırlıqlara başlayıb.

Qeyd edək ki, “Mançester Yunayted”lə yeni 1 illik müqavilə imzalayan Zlatan ötən mövsüm “qırmızı-şeytanlar”ın heyətində 46 oyunda 28 qola imza atıb.