Ziyafət Əsgərov: “ Heç bir ölkədə belə məcəllə yoxdur”

20 Oktyabr 2017 14:54 (UTC+04:00)

“Hər bir dövlətin özünün cəza hüquq siyasəti var. Bizim Cinayət Məcəlləsində bəzi cinayətlərə görə cəzalar hüquq siyasəti ilə uyğunluq təşkil etmirdi”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, heç bir ölkədə bu cür Məcəllə yoxdur: “Azərbaycan prezidenti İlham Əliyev cari ilin fevral ayında sərəncam verməklə ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı mühüm addım atdı və ölkəmizdə mövcud olan Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırıldı”.