İtaliya və Azərbaycan şirkətləri birgə fəaliyyəti genişləndirir

20 Oktyabr 2017 14:07 (UTC+04:00)

Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilb, turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə edilib, gələcək əməkdaşlığın konturları müəyyən edilib.