Gündəlikdən 3 məsələ çıxarıldı

20 Oktyabr 2017 13:55 (UTC+04:00)

Bu gün Milli Məclisin plenar iclasının gündəliyindən 3 məsələ çıxarılıb. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrinə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun layihəsinə dəyişikliklərin hazırlanmasında ləngimələr var.

Xatırladaq ki, Milli Məclisin bugünkü iclasının gündəliyinə 20 məsələ daxil edilmişdi.