Oqtay Əsədov: "Bu baş verərsə, Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”

20 Oktyabr 2017 12:39 (UTC+04:00)

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, AŞPA katibi Yaqland Azərbaycana qarşı düşmən kəsilən adamdır: “Orada 68 ildir ki, tətbiq olunmayan bir maddəni Azərbaycana qarşı qəbul etmək istəyirlər. Hansı ki, Avropa Şurasında Avropa Məhkəməsinin 10 minlərlə qərarları yerinə yetirilmir. Hətta onların cərimələri belə verilmir. Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi tam ədalətsizlikdir. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.