Xatun Oksananı susdurdu: "Sus və ədəbli ol"

20 Oktyabr 2017 12:01 (UTC+04:00)

“Maşın” şoudan bir-birilərini gözləri götürməyən müğənni Xatun Əliyeva və reper Elşad Xose qalmaqalı hələ də davam edir. SİA-nın məlumatına gör, bu davaya rəqqasə Oksana Rəsulova da qoşularaq, keçmiş həyat yoldaşı Elşadın ünvanına Xatunun dediyi sözlərə sərt cavab verib: “Bağışlayın, artıq susa bilmirəm. “Mənim sənin qədər işçim var” nə cümlədir? Xatun, sənin Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban Xanlarovaya nə oldu? Bəs, əlinizi çəkmək, özünüz onun yerinə getmək istəyirdiniz? Kimi işçidir, kimi qulluqçu. Adama deyərlər, belə pulun var, lap yaxşı, lovğalanmaq lazım deyil. Belə hünəriniz çatırdısa, əlinizi götürüb gedərdiniz. Orada boş-boş danışıb, aranı qızışdırmaq lazım deyildi. Ən zəhləm gedən şey yalan və haqsızlıqdır. Elşada dəstəyəm, nə deyir, düz deyir. Kimsə ora çıxsa, mən ona “getsinə” səs verəcəm. Orada üç nəfər var ki, həqiqətən onun maşını yoxdur”.

Oksananın bu sözlərinə Xatunun prodüseri cavab verib:“Qısa yazacağam. Mənim sizin kimi uzun yazmağa vaxtım yoxdur. Vaxtımı daha vacib əməllərə, önəmli insanlara xərcləyirəm! Sözüm klaviatura arxasında qəhrəmanlaşanlaradır: oyunu həyata gətirməyin, həyatda da “oyunçu” olduğunuzu çox bəlli edirsiz! Susun, ədəbli olun. Mən danışsam, susdursam, sizə heç xoş olmayacaq”.