Bakıda 2 otaqlı evdə yanğın olub

20 Oktyabr 2017 09:56 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzildə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, mənzilin eyvanında qaz xətti 0,5 p.m və eyvanın lambirdən ibarət üzlüyü 1 kv.m sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.