Suriya sülh danışıqlarının növbəti mərhələsi keçiriləcək

20 Oktyabr 2017 09:39 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Astanada Suriya sülh danışıqlarının növbəti mərhələsi bu ay keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüşdə danışıqlar zamanı girovların azad edilməsi, itkin düşənlərin axtarışı və həlak olanların cəsədlərinin verilməsi, məhbuslar üzrə işçi qrupu haqqında əsasnamə təsdiq olunacaq. Tərəflər beynəlxalq terrorizmlə mübarizə məsələlərini də nəzərdən keçirmək və Suriyada humanitar minalardan təmizlənmə haqqında birgə bəyanat qəbul etmək niyyətindədirlər.

Beynəlxalq görüşün oktyabrın 30-31-də keçiriləcəyi bildirilir.