Putin Ramzan Abdulatipova vəzifə verdi

20 Oktyabr 2017 00:20 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Dağıstanın keçmiş rəhbəri Ramzan Abdulatipovu Xəzəryanı ölkələrlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib. Axar.az RİA-ya istinadən xəbər verir ki, Kreml rəhbəri bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl Putin Abdullatipovu Dağıstanın rəhbəri vəzifəsindən azad edərək, onun yerinə Vladimir Vasilyevi təyin etmişdi.