Braziliyalı futbolçu "Real" və "Barselona"nın hədəfində

19 Oktyabr 2017 16:50 (UTC+04:00)

"Real" və "Barselona" eyni futbolçunu transfer etmək uğrunda mübarizə aparır. SİA-nın məlumatına görə, iki İspaniya nəhəngi Linkoln Korreanı heyətinə qatmağa çalışır.

Braziliya millisinin heyətində U-17 yığmaları arasında dünya çempionatında özünü yaxşı tərəfdən göstərən 16 yaşlı yarımmüdafiəçi böyük klubların maraq dairəsinə düşüb. Artıq "Real"la "Barselona" transfer üçün fəaliyyətə başlayıb.

Braziliyanın "Flamenqo" klubunda forma geyinən futbolçunun müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. O, Braziliyanın aşağı yaş qrupları üzrə yığmalarında keçirdiyi 21 oyunda 18 qol vurub.