Məktəbdə qaz sızmasından 14 nəfər zərər çəkib

19 Oktyabr 2017 09:19 (UTC+04:00)

Mayamidə məktəbdə qaz sızması nəticəsində 14 nəfər xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məktəbin yeməkxanası və ətraf ərazilər müvəqqəti olaraq evakuasiya edilib. Hazırda hadisə yerində araşdırmalar davam edir.

Yanğından Xilasetmə Departamentinin yaydığı açıqlamada deyilir ki, zərərçəkənlərin hamısı məktəb əməkdaşları olub. Onların arasında azyaşlılar olmayıb.