Cəzaçəkmə müəssisələrində seminar-treninq keçirilib

18 Oktyabr 2017 15:25 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında birgə təsdiq edilmiş tədbirlər planına əsasən 8 və 13 saylı cəzaçəkmə müəssisələrində seminar-treninq keçirilib.

SİA-nın verdiyi məlumata görə, məhkumların psixoloji yardım almaq hüquqularının həyata keçirilməsində səmərəliliyin artırılması məqsədilə təşkil olunmuş tədbirdə məhkumların gələcək perspektiv həyat planlarının qurulması, cəmiyyətdə readaptasiyanın əsasları, normal həyat şəraiti üçün zəruri olan itirilmiş sosial münasibətlərin bərpası, ünsiyyətin şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsində rolu və s. mövzular barədə azadlıqdan məhrum edilmiş şəxslərə ətraflı məlumat verilib.

Seminar-treninq çərçivəsində məhkumlara müvafiq psixoloji yardım göstərilib.