DNF Avstraliyada daşınmaz əmlak alır

18 Oktyabr 2017 13:11 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır. Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond deyib.

“Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq”, - deyə C.Hammond qeyd edib.