Gədəbəydə 38 yaşlı hamilə qadın sirkə turşusu içdi...

18 Oktyabr 2017 12:04 (UTC+04:00)

Gədəbəy rayonunda intihara cəhd olub. SİA-nın məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Ağakişiyea Maya Eyvaz qızı yaşadığı evdə essensiya (sirkə turşusu) içərək intihara cəhd edib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

M.Ağakişiyevanın hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.