26 yaşlı Gəncə sakini bıçaqlandı

18 Oktyabr 2017 00:13 (UTC+04:00)

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1991 ci il təvəllüdlü Verdiyev Xəyal Cəlil oğlu yaşadığı mənzilin qarşısında bıçaqlanıb. Adıçəkilən şəxsin ayaq nahiyyələrindən bir sıra bıçaq zərbəsi aldığı deyilir. Hazırda polis Xəyal Verdiyevin kim və ya kimlər tərəfindən bıçaqlandığını araşdırır. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti isə, orta ağır qiymətləndirilir

İ.Məmmədov