"Rusiya tezliklə Suriyada öz hərbi əməliyyatlarını bitirəcək"

17 Oktyabr 2017 22:06 (UTC+04:00)

"Rusiya, tezliklə, Suriyada öz hərbi əməliyyatlarını bitirəcək." Bu barədə jurnalistlərə açıqlamasında Donbas Könüllüləri İttifaqının rəhbəri Aleksandr Boroday söyləyib.

“Suriyada əməliyyat iki-üç aya bitəcək. Burada qüvvələrin çox hissəsi əməliyyat bitdikdən sonra geri qayıdacaqlar. Rus könüllülərə Malorusiya ərazisində yenidən ehtiyac olacaq”, – deyə o bildirib.