"Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir"

17 Oktyabr 2017 21:22 (UTC+04:00)

"Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Prezidenti Andjey Duda söyləyib.

“Ümid edirik ki, Türkiyə AB-yə daxil olacaq. Türkiyə çoxdan üzvlük üçün səylər göstərir. Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir. Ankara həmçinin AB qarşısında bütün öhdəliklərini icra edir”, – deyə o bildirib.