“Qadınları qoruyaq” qısametrajlı filmin təqdimatı keçirilib

17 Oktyabr 2017 16:32 (UTC+04:00)

“Qadınları qoruyaq” qısametrajlı filmin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, layihənin rəhbərləri Lalə Qəzənfər və Zaur Tahirsoy tədbir iştirakçılarına ekran əsəri barədə məlumat veriblər.

Tədbirdə tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, kikboks üzrə dünya və Avropa çempionu, Əməkdar Məşqçi Fuad Zeynalov, Azərbaycanın Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Azərbaycan Moda Assosiasiyasının rəhbəri Lyubov Qutorova və digərləri iştirak ediblər.

Qeyd edək ki, sonda film nümayiş olunub.