"Neftçi” "Kəpəz”lə oyunun hazırlığına başlayıb FOTOLAR

17 Oktyabr 2017 15:21 (UTC+04:00)

"Neftçi” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığına başlayıb. SİA-nın məlumatına görə, "Səbail" üzərində 4:0 hesablı qələbədən sonra ilk məşq Bakı təmsilçisinin bazasındakı meydanda olub. Hazırlıq prosesində "Neftçi"nin U-17 komandasının üzvü, 16 yaşlı Orxan Fərəcov da iştirak edib.