“Nyukasl” satışa çıxarılıb

17 Oktyabr 2017 09:21 (UTC+04:00)

İngiltərə Premyer Liqa klublarından “Nyukasl” satışa çıxarılıb. SİA-nın məlumatına görə, bu haqda klubun sahibi Mayk Eşli açıqlama verib. O bildirib ki, maksimum mövsümün sonuna qədər “Nyukasl”ı satacaq.

53 yaşlı biznesmen bu kluba 2007-ci ilin mayında 135 milyon funt ödəməklə sahib çıxıb. Amma Kevin Kiqanın gedişindən sonra azarkeşlərin ciddi narazılığı ilə qarşılaşdığı üçün artıq 2008-ci ildə Mayk Eşli klubu satmaq istəyirdi.

Hazırda “Nyukasl”ı almaqda maraqlı olan 44 yaşlı maliyyəçi Amanda Steyvlidir.

Qeyd edək ki, Eşli satışdan 400 milyon funt əldə etməyi düşünür.