İrlandiya-Azərbaycan parlament əlaqələri müzakirə ediləcək

17 Oktyabr 2017 09:10 (UTC+04:00)

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bu gün İrlandiya Respublikasının paytaxtı Dublinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputatımız İrlandiya Parlamentində olacaq, həmkarları ilə bır sıra görüşlər keçirəcək. Görüşlərdə tərəflər iki ölkə arasında parlament əlaqələrinin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi ilə bağlı fikirlərini bölüşəcəklər.

Səfər oktyabrın 20-də başa çatacaq.