Con Makkeyn Bərzaniyə görə İraqı hədələdi!

17 Oktyabr 2017 08:04 (UTC+04:00)

"Rəsmi Bağdadın ABŞ silahlarını kürdlərə qarşı istifadə etməsinin ağır nəticələri olacaq." Axar.az xəbər verir ki, bu sözləri amerikalı senator Con Makkeyn deyib.

“ABŞ İraq hökumətinə silahı İŞİD-ə qarşı mübarizə və xarici müdaxilələrdən müdafiə olunmaq üçün verdi. ABŞ-ın dəyərli və regional partnyorlarından birinə hücum etmək üçün deyil...”, - deyə Makkeyn bildirib.

O, İraq hökumətini yanlışlığa yol verməməyə çağırıb.