ABŞ da təsdiqlədi: İraq Kərkükü ələ keçirdi

16 Oktyabr 2017 23:48 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi də İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olmasını təsdiqləyib. Axar.az xəbər verir ki, Pentaqonun məlumatında İraq ordusunun hücumu zamanı peşmərgə qüvvələrinin şəhərdə olmadığı bildirilib.

ABŞ tərəflərə çağırış edərək bir-birlərinə silah işlətməməyi məsləhət bilib.