Türk ordusu İraqda 2 əsgərini itirib

17 Oktyabr 2017 02:48 (UTC+04:00)

Şimali İraqın Zap bölgəsində 2 Türkiyə əsgəri şəhid olub, 3-ü yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

TSQ-nın yaydığı məlumatda qeyd edilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı qarşıdurma yaşanıb. Əməliyyat nəticəsində də itkilərimiz olub.