Bu körpə görənləri şoka saldı

16 Oktyabr 2017 11:15 (UTC+04:00)

Macarıstanda doğulan körpə parlaq ağ saçları ilə həm həkimləri, həm də valideynlərini şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tibb işçiləri uşağa "Ağ şahzadə” ləqəbi veriblər.

Həkimlər bildirib ki, uşaq albinizm sindromlu deyil, səhhətində də heç bir problem yoxdur. Mütəxəssislərin sözlərinə görə, ağ saçlar genetik faktordan yaranmış ola bilər.