Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib BAKIDA

16 Oktyabr 2017 10:44 (UTC+04:00)

Binəqədi rayonunda bir piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-ya daxil olan məlumata görə, 99 DO 099 dövlət nömrə nişanlı Məmmədli Ayxan İsmayıl oğlunun idarə etdiyi "Hyundai ix 35" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. İçkili vəziyyətdə olan sürücü idarəetməni itirərək, avtomobili ağaca çırpıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan piyada yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.