Bakıda naməlum şəxs motosikletlə iki nəfəri vurub.
SİA-nın verdiyi məlumata görə, hadisə Nərimanov rayonu Əlizadə küçəsində baş verib.
Nömrəsi və sürücüsü məlum olmayan motosiklet 1961-ci il təvəllüdlü Familə Abdullayeva ilə 5 yaşlı nəvəsi Həşimi vurub. Hər iki şəxsə tibbi yardım göstərilib.
Hadisəni törədən şəxs axtarılır.