ABŞ-da silahlı insident olub

15 Oktyabr 2017 13:26 (UTC+04:00)

ABŞ-da silahlı insident olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Amerikanın Yeni Orlean şəhərində baş verib. Atışma zamanı bir polis əməkdaşı qətlə yetirilib.

Polis əməkdaşlarına atəş açan şəxs daha sonra öz evində gizlənməyə cəhd göstərsə də, yaxalanıb. Saxlanılan şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.