Yaxın 3 gün ərzində hava əsasən yağmursuz olacaq

13 Oktyabr 2017 18:10 (UTC+04:00)

Bu gündən etibarən yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın hərarəti ötən günlərə nisbətən 2-3° yüksələcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.