Nqoli Kante zədələnib

13 Oktyabr 2017 17:51 (UTC+04:00)

"Çelsi”nin futbolçusu Nqoli Kante uzun müddət yaşıl meydanlardan kənar qalacaq. SİA-nın məlumatına görə, Fransa millisinin heyətində olarkən zədələnən yarımmüdafiəçi dekabrın sonlarında sağalacaq.

Bu isə Kantenin "zadəganlar"ın Çempionlar Liqasındakı oyunlarını buraxması deməkdir. O, noyabrın 22-də Bakıda keçiriləcək "Qarabağ"la matçda da meydana çıxmayacaq.