Tovuzda bədbəxt hadisə 10 yaşlı uşağın biləkləri sındı

13 Oktyabr 2017 15:10 (UTC+04:00)

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib. SİA-nıin məlumatına görə, hadisə rayonun Xatınlı kəndində olub. Kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərov Yasin Məqsəd oğlu oxuduğu məktəbin həyətində idman qurğusundan yıxılıb.

Hadisə nəticəsində Y.İsgəndərovun hər iki qolu bilək nahiyəsindən sınıb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.