BTQ ilə sərnişin daşınmasına gələn ildən başlanılacaq

13 Oktyabr 2017 14:56 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına gələn ildən başlanılacaq. SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla əlaqədar İsveçrənin "Stadler" zavoduna 30-a yaxın vaqon sifariş verilib. Sərnişin daşınması gələn ilə planlaşdırıldığı üçün qiymətlərlə bağlı müzakirə aparılmayıb.