Bakı-Gəncə sürət qatarında gediş haqqı təqribən 20 manat olacaq

13 Oktyabr 2017 14:40 (UTC+04:00)

Bakıdan Gəncəyə sürət qatarı ilə sərnişinlər təxminən 4 saata çata biləcəklər. Gələn il istifadəyə verilməsi planlaşdırılan Bakı-Gəncə sürət qatarında gediş haqqı təqribən 20 manat olacaq.

SİA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər Bakıdan Gəncəyə sürət qatarı ilə təxminən 4 saata çata bilərlər. Bu istiqamətdə gediş haqqı 10-14 dollar arası hesablanıb ki, bu da təqribən 20 manat edir. Gəncəyə sürət qatarı ilə getmək fikrimcə digər nəqliyyat vasitələrindən keyfiyyət və kəmiyyət baxımından daha sərfəli olacaq.