Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Cenevrədə keçiriləcək XİN

13 Oktyabr 2017 13:18 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşü keçiriləcək.

Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.