“Red Bull” komandasının adı və motoru dəyişdiriləcək

13 Oktyabr 2017 12:04 (UTC+04:00)

“Aston Martin”in baş icraçı direktoru Endi Palmer Formula-1 yarışlarında mübarizə aparan “Red Bull” komandasının motor təchizatçısı ola biləcəklərini açıqlayıb. SİA-nın məlumatına görə, o, bu məsələyə müsbət yanaşdıqlarını vurğulayıb. E.Palmer bildirib ki, təmsil etdiyi şirkət “Red Bull”u 2021-ci ildən etibarən motorla təmin edə bilər.

Qeyd edək ki, 2016-cı ildən birlikdə çalışan “Aston Martin” və “Red Bull” 2018-ci il üçün ad sponsorluğu haqda da anlaşıb. “Red Bull”un yeni adı isə “Aston Martin Red Bull Racing” olacaq. Buna görə “Aston Martin”in nə qədər məbləğ ödəyəcəyi açıqlanmayıb.