"İslam Həmrəyliyi: Azərbaycan örnəyi" - SƏS TV TƏDBİR

13 Oktyabr 2017 12:01 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu gün "İslam Həmrəyliyi: Azərbaycan örnəyi" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə dini qurumlarla iş üzrə dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov açılış nitqi ilə çıxış edib.

O, İslam Həmrəyliyi İli çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

G.İsmayılov deyib ki, Azərbaycan üçün İslam Həmrəyliyi təkcə müsəlmanların bir araya gəlməsi deyil, müxtəlif xalqların və din nümayəndələrinin birgə yaşayışıdır.

Sədr müavini Azərbaycanın dünya üçün multikulturalizm nümunəsi olduğunu bildirib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova
deyib ki, ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə dövlət-din münasibətləri arasında qarşılıqlı anlaşma formalaşıb: "Prezident İlham Əliyevin göstərişi ilə ölkədə bir sıra məbədlərin bərpası milli-mənəvi dəyərlərimizə böyük xidmətdir. İctimai-siyasi sahədə sabitlik din sahəsində də özünü göstərir".

Tədbir digər iştirakçıların nitqi ilə davam edib.