“Araz” növbəti qələbəsini qazanıb

13 Oktyabr 2017 11:02 (UTC+04:00)

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən “Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb. SİA-nın məlumatına görə, Maykon da Silvanın 4 qol vurduğu oyunda “Araz”ın digər qollarını Karvalho dos Santos və Teles Thaqo vurub.

Qeyd edək ki, “Araz” ilk oyunda “Mostar”ı 5:2 hesabı ilə məğlub edib.

Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 20:00-da Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.