Türkiyə hərbi birlikləri İdlib şəhərinə daxil olub

13 Oktyabr 2017 10:12 (UTC+04:00)

Türkiyənin hərbi birliyi Suriyanın İdlib şəhərinə daxil olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 80 xüsusi təyinatlı hərbçi və 12 zirehli maşın gecə saatlarında sərhədi keçib.

Bundan əvvəl Türkiyə Baş Qərargahı bildirilmişdi ki, Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitəsi və təcili yardım maşınları cəmləşdirilir.