“Arsenal” Kelum Çemberslə müqaviləni yeniləyib

13 Oktyabr 2017 09:33 (UTC+04:00)

İngiltərənin “Arsenal” klubunda yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, "topçular" futbolçusu Kelum Çemberslə müqaviləni yeniləyiblər. 22 yaşlı müdafiəçinin yeni müqavilə müddəti 2021-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 2014-cü ildən London klubunda çıxış edən futbolçu ötən mövsüm icarə əsasında “Midlsbro”da oynayıb.