Binəqədidə mənzildən kişi meyiti tapılıb

13 Oktyabr 2017 06:18 (UTC+04:00)

Bakıda mənzildən 58 yaşlı kişinin meyiti tapılıb. FHN-nin saytında yer alan xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.