TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq

12 Oktyabr 2017 23:03 (UTC+04:00)

"SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq. Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:

"Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir".