EIA: Bu il qlobal neft hasilatı sutkada 98 milyon barrel olacaq

12 Oktyabr 2017 20:19 (UTC+04:00)

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və 2018-ci il üzrə qlobal neft istehsalına dair proqnozunu aşağı salıb. Bu barədə EIA-nın aylıq hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft hasilatı sutkada 98,3 milyon barrel əvəzinə 98 milyon barrel olacaq. EIA 2018-ci il üzrə qlobal neft hasilatına dair proqnozunu 100,3 milyon barrel/gündən 100 milyon barrel/günə endirib.

Qlobal neft istehlakının bu il gündəlik 98,3 milyon barrel və gələn il isə sutkada 99,5 milyon barrel olacağı nəzərdə tutulur.