İspaniyada hərbi təyyarə qəzaya uğradı

12 Oktyabr 2017 17:12 (UTC+04:00)

İspaniyada hərbi təyyarə qəzaya düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspaniyanın paytaxtı Albacete şəhərindən 300 kilometr uzaqlıqdakı Los Llanos hava bazasında hərbi təyyarə qəzaya uğrayıb. İspaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, təyyarə Madriddə "İspaniyanın Milli Günü" üçün keçirilən hərbi paraddan geri dönərkən qəza törədib. Nazirliyin sözçüsü bildirib ki, təyyarəni idarə edən pilot qəza öncəsi özünü xilas edə bilməyib və həyatını itirib.

Baş verən qəza ilə bağlı araşdırma aparılır.