Pərviz Şahbazov energetika naziri təyin edilib SƏRƏNCAM

12 Oktyabr 2017 17:08 (UTC+04:00)

Azərbaycanın yeni energetika naziri təyin edilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, P.Şahbazov bundan əvvəl Azərbaycanın Almaniyadakı səfiri vəzifəsində çalışıb.