Nardaran sakini silahı polisə təhvil verib

12 Oktyabr 2017 16:38 (UTC+04:00)

Nardaran sakini əmisindənqalma silah-sursatı təhvil verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əfqan Bəhrəmov vəfat etmiş əmisindən qalan “Makarov” markalı tapançanı, 4 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.